Əfv fərmanı bir daha sübut etdi ki, dövlət başçısı həmişə vətəndaşının qayğısına qalır, öz humanistliyini davam etdirir

Əfv fərmanı bir daha sübut etdi ki, dövlət başçısı həmişə vətəndaşının qayğısına qalır, öz humanistliyini davam etdirir

06.04.2020 Off By admin

[ad_1]

Bakı. Samir Əli – Trend:

Əfv fərmanı bir daha sübut etdi ki, dövlət başçısı həmişə vətəndaşının qayğısına qalır, öz humanistliyini davam etdirir.

Bunu Trend-ə açıqlamasında millət vəkili Tahir Kərimli deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev növbəti əfv fərmanını imzalamaqla Ümummlli lider Heydər Əliyevin humanizm ənənəsini davam etdirdi.

“Biz bilirik ki, 65 yaşdan yuxarı insanlar koronavirusa infeksiyasına yoluxma baxımından həssas qrupdur. Onların cəzaçəkmə məntəqələrində deyil, evdə izolyasiya olunmaları daha vacibdir. Cənab Prezident də cinayət törətmiş 65 yaşdan yuxarı olan şəxslərin qayğısına qalaraq onları cəzadan azad etdi. Dövlət başçısı həmin cəza çəkən şəxslərin ailə üzvlərinin müraciətinə reaksiya verərək, onların davranış tərzlərini nəzərə alıb cəzalarını bağışladı.

Bu sərəncamla 100-dən artıq ailəyə sevinc bəxş olundu. Azad olunan məhkumlar da bu addımı müsbət qiymətləndirəcək və bundan sonra Azərbaycan qanunlarına hörəmətlə yanaşacaq, dövlətə və dövlətçiliyə ximət edəcəklər. Əfv fərmanı bir daha sübut etdi ki, cənab Prezident həmişə vətəndaşının qayğısına qalır, öz humanistliyini davam etdirir”.

Millət vəkili deyib ki, Prezident İlham Əliyevin bu addımı dövlət-xalq münasibətlərini daha da möhkəmləndirəcək.

Share