Əgər özümüzün, yaxınlarımızın həyat və sağlamlığını qorumaq istəyiriksə, evdə qalmalıyıq

Əgər özümüzün, yaxınlarımızın həyat və sağlamlığını qorumaq istəyiriksə, evdə qalmalıyıq

06.04.2020 Off By admin

[ad_1]

Bakı. Elçin Mehdiyev – Trend:

Əgər özümüzün, yaxınlarımızın həyat və sağlamlığını qorumaq istəyiriksə, evdə qalmalıyıq.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, koronavirus dünyada daha sürətlə yayılmağa başlayıb və daha çox insanın ölümünə səbəb olur.

Deputat vurğulayıb ki, dünyanın ən inkişaf etmiş ölkələri belə bu virusun qarşısını almaqda acizdirlər:

“Dünya tibb elmi bu virusa qarşı effektiv müalicə metodu tapa bilmir. Vəziyyət getdikcə daha təhlükəli hal almağa başlayıb. Tibb elminin inkişaf etdiyi ölkələr öz vətəndaşlarını qoruya bilmirlər. Xəstəxanalarda artıq boş yer qalmayıb. Vəziyyət o həddə çatıb ki, insanlar arasında seçim aparılır, yaşlı xəstələr xəstəxanalara qəbul edilmir, ölümlə üz-üzə buraxılır. Doğurdan da bu, çox acınacaqlı vəziyyətdir”.

K.Nurullayeva qeyd edib ki, Azərbaycanda da vəziyyət ürəkaçan deyil:

“Təəssüflə qeyd etməliyəm ki, ölkəmizdə də koronavirusla bağlı vəziyyət məsuliyyətsiz davranılacağı, qaydalara riayət olunmayacağı təqdirdə daha da pisləşə bilər. Koronavirus pandemiyası dünyada yayılmağa başladığı ilk vaxtdan Azərbaycanda Prezident İlham Əliyevin tapşırığı ilə ardıcıl tədbirlər həyata keçirilməyə başlanıldı və məhz bu tədbirlər nəticəsində ölkəmizdə virusla bağlı vəziyyət sabit saxlanılırdı”.

K.Nurullayeva qeyd edib ki, bəzi vətəndaşların məsuliyyətsiz davranışı, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi xüsusi karantin rejiminə riayət etməməsi koronavirusla bağlı mübarizəni çətinləşdirir:

“Dövlət tərəfindən görülən tədbirlərin müsbət nəticə verməsi vətəndaşlarımızın da bu işdə həmrəylik nümayiş etdirməsi ilə mümkündür. Burada vətəndaşlarımızdan çətin bir şey tələb olunmur. Sadəcə zərurət olmadan evdən çıxmamaq, qaydalara riayət etmək istənilir. İnsanlarımız bilməlidir ki, hər bir məsuliyyətsiz davranış, hər bir qayda pozuntusu öz həyatını, ətrafını risk altına atmaq deməkdir. Əgər özümüzün, yaxınlarımızın həyat və sağlamlığını qorumaq istəyiriksə, evdə qalmalıyıq. Əks halda, məsuliyyətsiz davranış çox ağır itkilərə səbəb ola bilər”.

Share