Əlahiddə Ümumqoşun Orduda komandir hazırlığı məşğələləri keçirilib

Əlahiddə Ümumqoşun Orduda komandir hazırlığı məşğələləri keçirilib

14.08.2019

19:08

Əlahiddə Ümumqoşun Orduda tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı məşğələləri keçirilib.

Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, məşğələlərdə zabitlərin döyüş hazırlığı üzrə nəzəri bilikləri və praktiki vərdişləri yoxlanılıb.

Əsas məqsəd zabitlərin əməliyyatı planlama vərdiş və səriştələrinin real tapşırıqlara uyğun təkmilləşdirilməsi, fərdi bacarıq və peşəkarlıq səviyyələrinin artırılması, yeni normativlər üzrə imtahanların qəbulu metodikasının işlənilməsi olub.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email