Əli Əsədov: Ölkədə sanitar-epidemioloji vəziyyət nəzarətdədir

Əli Əsədov: Ölkədə sanitar-epidemioloji vəziyyət nəzarətdədir

09.04.2020 Off By admin

[ad_1]

Bakı. Elçin Mehdiyev – Trend:

Koronavirus pandemiyasının və dünya bazarında neftin qiymətinin aşağı düşməsinin ölkəmizə mənfi təsirlərindən danışmaya bilmərik.

Trend-in məlumatına görə, bunu Baş Nazir Əli Əsədov Milli Məclisdə ötən ilə dair videohesabatda deyib.

Ə.Əsədov bildirib ki, Azərbaycan Prezidentinin 27 fevral 2020-ci il tarixli sərəncamı ilə koronavirusla mübarizə məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərərgah yaradılıb.

Baş Nazir qeyd edib ki, hazırda nəzərdə tutulmuş silsilə tədbirlər həyata keçirilir, ölkədə sanitar-epidemioloji vəziyyət nəzarətdədir.

Baş nazir vurğulayıb ki, Azərbaycanda koronavirusla mübarizə üçün yetərincə tibbi ləvazimət var və eyni zamanda onların ölkəmizdə istehsalı istiqamətində işlər aparılır.

Ə.Əsədov deyib ki, martın 25-dən etibarən Azərbaycanda xüsusi karantin rejimi tətbiq edilir və bu tədbirlərin tətbiqi qaçılmazdır.

Share