Əmək və Əhalinin Sosial Müdafiəsi naziri S. Babayevə  AÇIQ MƏKTUB

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri S. Babayevə AÇIQ MƏKTUB

28.07.2019

2:30

Hörmətli cənab nazir!
Açığını deyim ki, bu İcra 0rqanına nazir təyin edilməyiniz çoxlarında, o cümlədən, məndə də elə bir inam oyatmışdı ki, düşünürdüm bundan sonra bu Nazirliyin işində yaxşılığa doğru əsaslı dəyişilkilər baş verəcək, Cənab Prezidentin göstərdiyi etmad yüksək səviyyədə doğrulacaqdır! Çox təəssüf ki, bu hələlik belə deyil! Əvvəlki nazirin dövründəki çatışmazlıqlar indi də davam edir.
Əhalinin işləyən təbəqəsi, o cümlədən işləyən pensiyaçılar yaratdığınız portallarda şəxsi hesabına yığılan vəsaitin məbləğini tam görə bilmir. Ona görə ki, vətəndaşlardan tutulan və işlədiyi müəssisə tərəfindən köçürülən sığorta məbləğlərinin onun şəxsi hesabına köçürülməsi tam təmin edilmir. Obyektivlik xatirinə qeyd etmək lazımdır ki, e-sosial saytında şəxsi kabinetlərin yaradılması hər bir sığortalıya öz hesabına yığılan vəsaiti izləmək imkanı yaratdığınız üçün bu gözəl təşəbbüs sayılmalıdır ! Amma  məbləğlərin şəxsi hesabda əks etdirilməsi illərlə ləngidilirsə bu yenilik mahiyyətini itirir.
Əmək haqqımdan Dövlət Sosial Müdafiə Fonduna köçürülən məbləğlər şəxsi hesabımda görünmədiyi üçün sizə açıq məktubla müraciət edirəm.
Mən işləməyən pensiyaçı kateqoriyasına keçdikdən bir müddət sonra, yəni 2015-ci ilin iyun ayının 12-dən etibarən yenidən əmək fəaliyyəti göstərməyə başladım və 4(dörd) il 1 ay işlədikdən sonra 24 iyul 2019-cu il tarixdən öz xahişimlə işdən azad edildim . İşlədiyim 4 il ərzində Sosial Müdafiə Fonduna müvafiq qaydalara uyğun sığorta ödənişləri köçürülmüşdur. “Yaşa görə əmək pensiyaları” haqqında Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinə görə mənim pensiyam yenidən hesablanmalı, işlədiyim 49 ay müddətində şəxsi hesabıma yığılan sığota məbləği 95 aya bölünərək , (144-49=95) pensiyama əlavə olunmalıdır. Qeydiyyat və yaşayış yeri üzrə Binəqədi rayon Sosial Müdafiə şöbəsinə ərizə ilə müraciət etdim. Əmək haqqımdan tutulan və işlədiyim müəssisə tərəfindən köçürülən sığorta məbləğləri DSMF tərəfindən şəxsi hesabıma tam yerləşdirilmədiyinə görə pensiya artımının cüzi olacağını bildikdə sosial təminat məsələlərinə cavabdeh olan cənab nazirdən haqlı olaraq soruşuram: DSMF-nun yarıtmaz işinə görə mənim kimi yüzlərlə vətəndaş niyə pensiyasına edilməli olan əlavə məbləği almamalıdır ? Vətəndaş sizdən borc istəmir, halal zəhmətindən Fonda hər ay köçürülən pulunu geri istəyir. Axı, müəssisələr sosial fonda ayırmaları gecikdirən kimi onların bank hesablarına dərhal sərəncam qoydurub mövcüd borc akseptsiz qaydada tam silinənə qədər fəaliyyətini iflic vəziyyətə salırsnız! Onda siz də zəhmət çəkib üzərinizə düşən öhdəliklərinizi vətəndaşların qarşısında yerinə yetirin! Sosial portalda şəxsi hesabları qaydaya salın ki, vətəndaşların pensiya təminatı yaxşılaşsın ! Onsuz da pensiyasını bir dəfə də almadan dünyasını dəyişən vətəndaşlarımız çoxalır….
Cənab Prezident vətəndaşların, o cümlədən, pensiyaçıların maddi rifahının yaxşılaşdırılması məqsədilə çoxsaylı sərəncamlar imzalayıb. Siz məmurlar isə həmin Sərəncamlardan irəli gələn məsələlərin həllinə cavabdehsiniz!
Pensiyaçı yenidən işləməyən kateqoriyasına keçirsə, ona çatası bütün məbləğlər heç bir ləngimə olmadan hesablanmalı və ödənilməldir. Bunu movcüd qanunlarımız tələb edir. Qanun isə tutduğu mövqe və sosial vəziyyətindən asılı olmayaraq hamı tərəfindən icra olunmalıdır!

Hörmətlə,  Bəxtiyar Cavadzadə

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email