ZÖHRƏ ABDULLAYEVA ÖVLAD ACISINA DÖZMƏDİ:-DÜNYASINI DƏYİŞDİ

ZÖHRƏ ABDULLAYEVA ÖVLAD ACISINA DÖZMƏDİ:-DÜNYASINI DƏYİŞDİ

28.05.2021 Off By admin

Bu haqda aparıcı Hacı Nuran Hüseynov məlumat yayıb.O, Zöhrə Abdullayeva ilə fotosunu paylaşaraq:

“Çox ağır, üzücü bir xəbər oldu … Əslində, heç ölüm xəbərlərini paylaşmaq, xəbər vermək istəmərəm … Amma nə edək ki, bu fani dünya gəlimli-gedimlidi … Nə edək ki, bir üzü işıqlı, bir üzü qaranlıqdı bu dünyanın … Tamaşaçıların sevimlisi, doğmaların əzizi müğənni Zöhrə Abdulla qızı Abdullayeva 16.12.1952 – 28.05.2021 uzun sürən sklerodermiya xəstəlikdən sonra dünyasını dəyişdi bu dəqiqə … Ağır itkidir Azərbaycan incəsənəti üçün… Ağır itkidir sevənlər, əzizlər üçün … Xüsusən də Zöhrə xanım kimi bir insanı itirmək sözlə deyilməyəcək qədər ağrılıdır … Zöhrə Abdullayeva mənim ikinci anam idi … Həyat dolu qadın idi … Xəstəliyini bilirdi və uzun illər mübarizə də apardı … Amma sonda qalib gələ bilmədi … Beləcə, arzuları ürəyində qaldı Zöhrə ananın … Ən böyük arzusu Şuşada oxumaq idi… Görə bilmədi azad, xoşbəxt Şuşanı…Zöhrə ana kimi bir insanın itkisi çox ağırdır … Nə deyəcəyimi, hətta özümə belə necə təsəlli verəcəyimi bilmirəm … Allah Zöhrə anamın əzizlərinin səbrini versin … Allah yerini cənnət etsin gözəl sənətkar …” yazıb Hacı.

Biz də onun fikirləriylə təəssüf hissimizi bildirərək Zöhrə Abdullayevaya Allahdan rəhmət diləyirik. 

Həyatda, insanların əhatəsində tanıdığın, yaxın bildiyin insanın itkisi çox ağırdır. Ancaq Zöhrə Abdullayeva yeganə oğlunun vaxtsız vəfatından sonra: “mən daha yaşaya bilmərəm… Dözmərəm… Mənim üçün hər şey bitdi!”-dedi və… getdi. Çox ağır dərddi övlad itkisi. Zöhrə ana bu dərdi üstələyə bilmədi. Bu dərdlə yaşaya bilmədi… Allah ruhunu şad eləsin. Axirət evində oğlunla görüşüb ruhuna nur ver, Zöhrə ana!

Füzuli Əfqanoğlu,

“Hakimiyyət” qəzeti

 

 

Share