Ən varlı məzunları olan universitetlər – Reytinq

Ən varlı məzunları olan universitetlər – Reytinq

03.08.2019

9:26

Beynəlxalq konsaltinq şirkəti olan “Wealth-X” analitiklərin ultra-zəngin sinfinə aid etdikləri məzunların bitirdiyi dünya universitetlərinin reytinqini dərc edib  (Ultra High Net Worth, UHNW – bu kateqoriyada insanın var-dövləti 30 milyon dolları keçir). Top-20-liyə ABŞ, Böyük Britaniya və Fransanın ali məktəbləri düşüb.

insider.az-a istinadən bildirir ki, reytinqdə ABŞ universitetləri dominantlıq edir – onlar 17 pilləni, o cümlədən ilk beşliyin hamısını tutur. Reytinqdə həmçinin Britaniya universiteti Kembric və Oksford (müvafiq 7-ci və 13-cü pillələr) və INSEAD fransız biznes-məktəbi (19-cu yer) yer alıb.

Ultra-zəngin məzunların sayına görə liderlik Harvard universitetinə məxsusdur – onu 1830 belə məzun bitirib. Onların cəmi var-dövləti, demək olar ki, 1,9 milyard dollar edir.

İkinci yerdə Stenford universiteti (1,1 milyard dollar məbləğdə var-dövlətə sahib olan 775 ultravarlı məzun), üçüncü yerdə isə Pensilvaniya universiteti (müvafiq olaraq 774 məzun və 731 milyon dollar) yerləşib.

Reytinqdə əksər yerləri amerikan universitetlərinin tutması “Wealth-X” bir neçə faktorla izah edir. Prinsipcə ABŞ-da maksimal sayda UHNW-insan (var-dövləri 30 milyon dolları keçən) yaşayır, amerikan ali məktəbləri isə əalvə olaraq bütün dünyadan olan tələbələri cəlb edir.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email