“Ərdoğan və Putinlə çox açıq danışdıq” – Makron

22.02.2020 Off By admin

Mənim və Merkelin fikrincə, İdlibdəki vəziyyət dərhal atəşkəs elan edilməklə həll oluna bilər. Biz bunu Rusiya və Suriya rejimindən istədik.

Bu açıqlama ilə Fransa Prezidenti Emmanuel Makron çıxış edib.

Türkiyə və Rusiya liderləri ilə telefon danışığı apardığını deyən Makron İdlibdə Rusiya tərəfindən dəstəklənən Əsəd rejiminin irəlilədiyini söyləyib:

“İdlibdə hərbi gərginliyin artma riski var. İki türk əsgəri dünən dünyasını dəyişdi. Daha əvvəl onlarla adam öldü. Çox riskli bir vəziyyətdir. Bu vəziyyət miqrasiya böhranına da səbəb ola bilər. Putin və Ərdoğanla çox açıq danışdıq. Putinin bir rolu və məsuliyyəti var”. (Axar.az)

Share