Bakıdan Moskvaya uçan təyyarə təcili eniş etdi
30.01.2020Bakıdan Moskvaya yerli vaxtla 20: 31-də yola düşən “Azərbaycan Hava Yolları”nın J2-854 nömrəli reysinin kapitanı təyyarənin quş sürüsü ilə toqquşmasından sonra Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş etmək qərarı vermişdir.
Bu barədə Day.Aza AZAL-ın mətbuat xidmətindən bildiriblər.
Bakı vaxtı ilə 20:56-da təyyarə Bakının hava limanına uğurlu eniş etmişdir.
Sərnişinlər Moskvaya başqa bir təyyarə ilə uçacaqlar.