1500 m düşdü, ÖLMƏDİ

1500 m düşdü, ÖLMƏDİ

21.08.2019

9:34

Kanadada 30 yaşlı qadın təxminən 1500 metr yüksəklikdən yıxılsa da, sağ qalıb.

ölkə.az-a istinadən bildirir ki, Kanadanın Kvebek əyalətindəki Trua-River şəhərində bir qadın paraşütlə tullanıb. Nə əsas, nə də ehtiyat paraşüt açılmayıb və meşəlik əraziyə düşüb. Zərərçəkən bir neçə sınıq, o cümlədən onurğa sınığı ilə xəstəxanaya aparılıb. Yaralar onun həyatı üçün təhlükə yaratmayıb. Şahidlər bunu möcüzə adlandırıblar. Polis faktla bağlı istintaqa başlayıb. Məlum olub ki, qadının paraşütlə tullanma təcrübəsi olub. Müstəntiqlər qəzaya səbəb olan cinayət səhlənkarlığının olub-olmadığını yoxlayır.

Qeyd edək ki, 1972-ci ildə serbiyalı stüardessa Vesna Vuloviç 10160 metr yüksəklikdən yıxılıb. Çox sayda sınıq və xəsarət alıb, bir neçə gün komada olub, ancaq sağ qalıb. 10 ay ərzində onun orqanın aşağı hissəsi iflic olub. Müalicə 16 ay çəkib. Vuloviç daha 44 il yaşayıb və 2016-cı ilin dekabrında ölüb.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email