DAHA BİR ŞƏHİD ÖVLADI DÜNYAYA GƏLDİ

DAHA BİR ŞƏHİD ÖVLADI DÜNYAYA GƏLDİ

08.06.2021 Off By admin

Müddətdən artıq hərbi xidmətdə 10 ildən artıq  peşəkar hərbçi kimi göstəriciləri yüksək olan Şəhid Vüsal Nadir oglu Hüseynov Beyləqandandır. 44 günlük 2-ci Qarabağ savaşında Xocavənd uğrunda gedən döyüslərdə ağır yaralanan Vüsal qəhrəmancasına şəhid olur. Vusalın özündən başqa digər qardasları da hərbçidirlər. Onlar da Vüsal kimi Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edib.

Şəhidimizin həyat yoldaşı Cəlilabadın Gülməmmədli kəndindəndir. Dünyaya 3-cü Şəhid övladının-oğul balamızın gəlməsinin şahidi olan Cəlilabad həkimləri dünən Vüsalın ailəsinə yeni körpəni bəxş etdilər. Bu möcüzədir, yoxsa İlahi qismət, bunu yalnız bizi Yaradan bilir. Görünür, həyatda insanların çözə bilmədiyi möcüzələrin hələ biz çox şahidi olacağıq

Körpənin dünyaya gəlməsində Cəlilabad Mərkəzi Xəstəxanasının  Mərkəzi Doğum şöbəsinin baş həkimi, cərrah həkim-ginekoloqu Nigar Qəhrəmanova bütün qüvvəsini, tibbi bacarığını istifadə edərək hər şeyin normal qaydada həyata keçməsini təmin etdi. Dünyaya gələn Şəhid övlada atasının sağlığında vəsiyyət etdiyi kimi atası Nadirin adı verildi. Bir daha bəlli olur ki, Vətəni sevən, ona canını fəda edən igidimiz Vətəni sevdiyi kimi, valideynlərini, ailəsini də sevirmiş. İndi onun ruhu şad və rahatdır. Qəhrəmanımızın yolunu babasının adını daşıyan övladı fəxarətlə davam edəcək.

Rəşad Əkbəroğlu,

“Hakimiyyət” qəzetinin bölgə müxbiri

 

 

 

Share