2000 aztəminatlıya ən çox tələb olunan istehlak malları təqdim edilir

2000 aztəminatlıya ən çox tələb olunan istehlak malları təqdim edilir

13.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Bu gün koronavirus pandemiyası dinindən, irqindən, yaşından və sosial mənsubiyyətindən asılı olmayaraq, hamı üçün problemə, bəşəri bəlaya çevrilib. Hazırda demək olar ki, bütün dünya ünvanın, kimliyin fərqinə varmayan bu infeksiya ilə mübarizə aparır.

Bu barədə İqtisadiyyat Nazirliyindən Trend-ə bildirilib.

Qeyd edilib ki, dünyanın bir parçası olan Azərbaycanda “Biz birlikdə güclüyük” və “Evdə qal” devizləri günün əsas çağırışlarına çevrilib. Azərbaycan dövləti öz vətəndaşlarını koronavirus pandemiyasından, onun yaratdığı fəsadlardan qorumaq üçün bütün tədbirləri görür, xalqımız həmrəylik nümayiş etdirir. Bütün bunlar isə ölkəmizin hazırkı ağır dönəmdən ən az itkilərlə çıxacağına əminlik yaradır:

“Bu sınaq günlərində bir-birinə dayaq durmaq, xüsusilə həssas əhali qruplarının qayğılarına diqqət göstərmək, onların ehtiyaclarının ödənilməsinə yardım etmək sosial çağırış və günün tələbidir. Bu məqsədlə cəmiyyətin müxtəlif qrupları, dövlət qurumları, sosial məsuliyyətli sahibkarlar müxtəlif sosial aksiyalar təşkil edir.

Prezident İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi könüllüləri bu aksiyaların fəal iştirakçılarına çevirib. Bununla belə, təkcə könüllülər deyil, ölkəmizin müxtəlif yaşlı və sosial statuslu vətəndaşları belə aksiyalara qoşulublar. Sosial həmrəylik, yaşlı, tənha, aztəminatlı insanlara dəstək göstərilməsi könüllü hərəkatına yeni vüsət verib.

Share