DİN: Ötən gün törədilmiş 20 cinayətin üstü “isti izlər”lə açılıb

DİN: Ötən gün törədilmiş 20 cinayətin üstü “isti izlər”lə açılıb

10:06 May 23, 2019

Ötən gün törədilmiş 20 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış altı cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə, ümumilikdə, 17 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarılan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 14 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.

Xəbəri paylaş: