Yenə də ölüm, yenə də qəza!

Yenə də ölüm, yenə də qəza!

9:59 Dekabr 2, 2019

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Bakı-kənar dairəvi yolun Yasamal rayonu ərazisində qeydə alınıb. Bakı sakini, 1952-ci il təvəllüdlü Əkbərov Fəxrəddin Heydər oğlu idarə etdiyi “Nissan” markalı, 90 NM 529 dövlət qeydiyyat nişanlı avtomaşını yol kənarında olan metal yolayırıcına vurub. O, xəstəxanaya aparılarkən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: