Rəssamlıq Akademiyasında hazırlıq kursları təşkil edildi

Rəssamlıq Akademiyasında hazırlıq kursları təşkil edildi

10:04 Dekabr 2, 2019

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (ADRA) Dövlət İmtahan Mərkəzinin proqramı üzrə xarici ölkələrin incəsənət universitetlərinə və magistraturalarına, Azərbaycanın incəsənət kolleclərinə qəbul olmaq istəyənlər üçün hazırlıq kursları təşkil edilib.

ADRA-dan bildirilib ki, kurslar memarlıq, interyer, sənaye, geyim və qrafika dizaynları, xalça, qobelen, batika, keramika, şüşə, metal, zərgərlik sənəti, rəngkarlıq, heykəltəraşlıq, foto, incəsənət nəzəriyyəsi sahələrini əhatə edir.

Kurs proqramını tam bitirənlərə ADRA-nın sertifikatları veriləcək.

Xəbəri paylaş: