Riyaziyyat və Mexanika İnstitutunda növbəti elmi seminar

Riyaziyyat və Mexanika İnstitutunda növbəti elmi seminar

10:05 Dekabr 2, 2019

Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda “Cismlərin qeyri–stasionar konsentrasiyalı diffuziya olunan maddə ilə korroziya dağılması vaxtının proqnozlaşdırılması” mövzusunda elmi seminar olub.

Riyaziyyat və Mexanika İnstitutundan AZƏRTAC-a bildiriblər ki, seminarda elmi işçi Hicran Məmmədovanın mövzu üzrə məruzəsi dinlənilib.

Məruzədə aqressiv mühitin qeyri–stasionar dəyişən konsentrasiyasının başlanğıc qiyməti və “material–aqressiv mühit” sisteminin təcrübə yolu ilə təyin edilən xarakteristikası məlum olduqda cismlərin korroziya dağılmasının vaxtını proqnozlaşdırmağa imkan verən üsul təklif edilib.

Xəbəri paylaş: