Böyük Britaniya Kraliçası adından dünya liderləri üçün ziyafət təşkil edilib

Böyük Britaniya Kraliçası adından dünya liderləri üçün ziyafət təşkil edilib

9:23 Dekabr 4, 2019

Böyük Britaniya Kraliçası II Elizabetin adından NATO-nun sammiti üçün Londona gələn dünya liderləri üçün ziyafət təşkil edilib.

Bukinqem sarayında baş tutan görüşdə NATO-nun baş katibi Yens Stoltenberq, Böyük Britaniyanın Baş naziri Boris Conson, ABŞ prezidenti Donald Tramp, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan, Almaniya Kansleri Angela Merkel, Fransa Prezidenti Emanuel Makron, Kanadanın baş naziri Castin Trudeu, Makedoniyanın baş naziri Zoran Zaev və başqaları iştirak ediblər.

Ziyafətdə xatirə şəkli çəkdirilib.

Xəbəri paylaş: