2021-ci ildə dünya çempionatı Serbiyada təşkil olunacaq
28.02.2020Kişilər arasında 2021-ci ildə keçiriləcək boks üzrə dünya çempionatının baş tutacağı şəhər bəlli olub.
Hakimiyyet.com AZƏRTAC agentliyinə istinadla xəbər verir ki, dünyanın ən güclülərinin mübarizə apardığı çempionat Serbiyanın paytaxtı Belqradda keçiriləcək.
Qeyd edək ki, sonuncu mundial 2019-cu ildə Rusiyanın Yekaterinburq şəhərində baş tutub.