4 ölkə Putindən kömək istəyir – Növbəti hansı ölkə olacaq?

17.02.2020 Off By admin

Bir neçə Latviya vətəndaşı kömək üçün ruslara müraciət edib.

Bu haqda məlumatı “Sputnik Latviya” nəşri yayıb.

Mənbə bildirir ki, “Putin, kömək edin” adlı məktub Rusiya Prezidenti Vladimir Putinə ünvanlanıb.

Bundan əvvəl Putin oxşar mesajları Almaniyadan, ABŞ-dan və Haitidən alıb. Bunlar yalnız bir neçə nümunədir. Beləliklə, növbəti hansı ölkə olacaq?

Latviya dövlət qurumlarının hərəkətsizliyi səbəbindən respublika sakinləri həmyerliləri Kristina Misane üçün qonşu ölkədə kömək istəməyi qərara alıblar.

Qadın Danimarkada saxlanılır və Cənubi Afrika Respublikasının vətəndaşı olan ərindən “oğurladığı” uşağı üçün Cənubi Afrikaya verilməsi ilə hədələnir. Orada Kristinaya 15 il həbs cəzası verilə bilər.

Əvvəlcə, Putinə müraciət etmək təklifi, Latviyanın Facebook qruplarından birində ortaya çıxıb. Fəallar digər latışları Rusiya prezidentinin saytına məktub göndərməyə çağırıblar.

Bu çağırışa bir neçə Latviya vətəndaşı qoşulub.

“Latviya vətəndaşları Kristina Misaneyə yardım etmək üçün Sizdən kömək istəyir”, müxbirlər mesajdan sitat gətirirlər.

Latışlar Kristinanın Rusiya vətəndaşı olmadığını bilirlər, ancaq Putini “əlindən gələn köməyi etməyə” çağırırlar.

Eyni zamanda Change.org saytında qadına dəstək olan bir petisiya yayımlanıb. Kristinanın təhvil verilməməsi tələbi ilə 9 mindən çox adam imza atıb.

Qeyd etmək lazımdır ki, Putinə belə bir müraciət ilk deyil. Beləliklə, Putindən ABŞ, Haiti və Almaniyadan da kömək istənilib.

Babək Göyüş

KONKRET.az

Share