AAYDA 5 minə yaxın aztəminatlı ailəyə ərzaq yardımı ilə dəstək olub

AAYDA 5 minə yaxın aztəminatlı ailəyə ərzaq yardımı ilə dəstək olub

20.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Azərbaycan Prezidenti İlham Əliyevin “Biz Birlikdə Güclüyük!” çağırışına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar aztəminatlı ailələrə və tənha yaşayan ahıl vətəndaşlara dəstək olub.

AAYDA-dan APA-ya verilən məlumata görə, bir neçə gündür davam edən aksiya çərçivəsində Bakı və Gəncə şəhərləri, həmçinin Abşeron rayonu da daxil olmaqla respublikanın bütün rayonları əhatə olunmaqla 5 minə yaxın aztəminatlı ailəyə ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb.

Vətəndaşlarla görüşdə ölkədə tətbiq olunan xüsusi karantin rejiminə ciddi əməl olunması, zərurət olmadan digər şəxslərlə təmasda olmamaları və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq şəxsi gigiyena qaydalarına əməl etməyin vacibliyi vurğulanıb.

Qeyd olunub ki, bundan öncə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar vətəndaşlara dəstək olmaq məqsədi ilə Siyəzən, Şabran, Xaçmaz və Qusar rayonlarından işsiz kimi qeydiyyatda olan 700-ə yaxın şəxsi işlə təmin edib.

Share