ABŞ Azərbaycanda növbədənkənar parlament seçkilərini yaxından izləyir

17.01.2020 Off By admin

“ABŞ Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini yaxından izləyir”.

APA-nın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger bildirib.

Səfir deyib ki, fərqli spektrləri təmsil edən namizədlərin, o cümlədən çoxlu sayda müstəqil, müxalif partiyalardan olan namizədin, gənclərin və qadınların, həmçinin yeni simaların deputatlığa namizədliyinin qeydə alınmasını görməkdən məmnundurlar: “Seçkiqabağı təşviqat kampaniyası yeni başlayır. Biz şadıq ki, Azərbaycan seçkiləri müşahidə etmək üçün beynəlxalq müşahidəçiləri də dəvət edib. Beynəlxalq müşahidəçilərin müşahidə aparmasını da izləyəcək, seçki prosesi ilə bağlı rəyimizi bildirəcəyik”.