ABŞ-da qasırğa nəticəsində 26 nəfər ölüb, 3 ştatda fövqəladə vəziyyət elan edilib

ABŞ-da qasırğa nəticəsində 26 nəfər ölüb, 3 ştatda fövqəladə vəziyyət elan edilib

14.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

 

ABŞ-ın cənubunda güclü küləklə müşahidə edilən qasırğa nəticəsində 26 nəfər ölüb.

APA ABC telekanalına istinadən xəbər verir ki, Mississippi ştatında 11, Cənubi Karolina ştatında 8, Corciya ştatında 6, Arkanzas ştatında isə 1 nəfər həyatını itirib. 

Luiziana ştatında 300-dək evə ziyan dəyib, itki yoxdur.

Luiziana, Arkanzas, Tennessi, Alabama, Cənubi Karolina və Şimali Karolinada 800 minə yaxın insan elektrik enerjisiz qalıb. 

Üç ştatda (Missisipi, Luiziana və Alabama) fövqəladə vəziyyət elan edilib.

 

Share