ABŞ-da silahlı insident zamanı 13 nəfər yaralanıb

ABŞ-da silahlı insident zamanı 13 nəfər yaralanıb

17.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

 

ABŞ-ın Luiziana ştatında anım mərasimi zamanı silahlı insident baş verib. 

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə “WAFB9” yerli telekanalı məlumat yayıb.

Hadisənin şənbə günü Boqalusa şəhərində qeydə alındığı bildirilir. 

Yerli vaxtla saat 21.00-da şəhərdə atışma barədə polisə zəng daxil olub. Hadisə yerinə gələn polis ərazidə güllə yarası almış bir neçə nəfərin olduğunu aşkarlayıb.

Telekanalın məlumatına görə, atışma zamanı 13 nəfər yaralanıb, onlardan biri ağır vəziyyətdədir.

 

Share