ABŞ-dan Azərbaycana yük maşınlarının yoxlanılması üçün rentgen cihazları gətirilib

13.03.2020 Выкл. Автор admin

ABŞ Səfirliyinin Müdafiə üzrə Əməkdaşlıq Ofisi Azərbaycan Dövlət Gömrük Komitəsi ilə birgə keçirilən layihə çərçivəsində yük maşınlarının yoxlanılması üçün rentgen cihazlarının Azərbaycana çatdırılmasını təşkil edib.

APA-nın ABŞ səfirliyinə istinadən verdiyi xəbərə görə, bu cihazlar Biləsuvar və Astara postlarında və Ələt dəniz limanında Gömrük Komitəsinə qeyri-qanuni malların müəyyənləşdirilməsində yardım edəcək.

“Ümumi layihənin dəyəri 36 milyon dollardır. Bu məbləğə cihazların alışı, quraşdırılması, çatdırılması və işçilərin bu cihazlardan istifadəsi üçün təlimlər daxildir.  ABŞ tərəfindən Azərbaycana edilən bu ianə ABŞ-ın Azərbaycana öz sərhədlərini qorumaqda köməklik göstərməsində olan yüksək maraqdan xəbər verir. Layihə ABŞ Müdafiə Departamentinin “Building Partnership Capacity Program” proqramı çərçivəsində həyata keçirilib”, — deyə qeyd olunub.

Share