ABŞ hakimiyyəti koronavirusa qarşı ikinci peyvəndinin klinik sınaqlarına icazə verib

ABŞ hakimiyyəti koronavirusa qarşı ikinci peyvəndinin klinik sınaqlarına icazə verib

07.04.2020 Off By admin

[ad_1]

Bakı. Trend:

ABŞ federal orqanları yeni növ koronavirusa qarşı ikinci peyvəndinin klinik sınaqlarına icazə verib.

Trend-in məlumatına görə, bu barədə Ağ Evdə jurnalistlər üçün keçirdiyi brifinqdə Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp bildirib.

D.Tramp deyib: “Bu gün ikinci şirkət elan edib ki, [ABŞ Səhiyyə və Sosial Xidmət Nazirliyi yanında] Qida və Dərman kəfiyyəti məsələləri üzrə İdarəsi [yeni koronavirusa] qarşı peyvəndinin klinik sınaqlarına icazə verib”.

Bununla birlikdə, D.Tramp xatırlatdı ki, əvvəllər bənzər peyvəndin sınaqdan keçirilməsinə icazə Johnson & Johnson şirkəti tərəfindən alınmışdı.

Bundan əlavə, Tramp yeni koronavirusun səbəb olduğu xəstəliyin müalicəsi üçün 10 “müalicəvi vasitə”nin hazırda ABŞ-da sınaqdan keçirildiyini qeyd etdi.

Share