#Iran’s resistance to the US is attractive to the world. The US govt is angry with the Iranian nation due to the image they give of an #independent state and nation standing up to an aggressor. This attraction should be used to spread the truths of #Islam & the Iranian nation.
ABŞ-ın İrana qəzəbinin səbəbi açıqlandı
21.01.2020ABŞ rəhbərliyinin İrana qəzəbli münasibəti İran xalqının müstəqilliyindən və Tehranın Vaşinqtona qarşı müxalifətindən qaynaqlanır.
Lenta.ru-nun məlumatına görə, bunu İranın Ali dini lideri Ayətullah Əli Xameneyi “Twitter”də bəyan edib.
“İranın ABŞ-a qarşı müqaviməti bütün dünya üçün cəlbedicidir. Vaşinqton İİR-in müstəqil dövlət imicinə və təcavüzkara qarşı müqavimət göstərən millətinə görə İran xalqına qəzəblənir”, – deyə o bildirib.
Ayətullah Xameneyi bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Əl-Qüds” xüsusi təyinatlılarının komandirinin öldürülməsini “qorxaq kimi davranan və artıq imicini bərpa edə bilməyən ABŞ üçün rüsvayçılıq” adlandırmışdı.