ABŞ-ın neft ehtiyatları artıb — RƏSMİ

27.02.2020 Выкл. Автор admin

Ötən həftənin yekunlarına görə, ABŞ-ın neft ehtiyatları 0,452 mln. barel artaraq 443,335 mln. barel təşkil edib.

«APA-Economics»in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın neft ehtiyatlarının 2,01 mln. barel artacağını proqnozlaşdırırdı.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan «qara qızıl»ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

Share