ABŞ İrana tibbi yardım göstərməyə hazır olduğunu bildirib

ABŞ İrana tibbi yardım göstərməyə hazır olduğunu bildirib

20.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Amerika Birləşmiş Ştatların hakimiyyəti orqanları süni tənəffüs aparatlarının təmin edilməsi də daxil olmaqla, yeni bir növ koronavirusun yayılmasına qarşı mübarizədə İrana kömək etməyə hazırdır.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən brifinqdə deyib.

D.Trampın sözlərinə görə, egər İran koronavirusla mübarizədə yardıma ehtiyac duyarsa, o bunun üçün nəsə etməyə hazır ola bilərəm:

“Əgər onlara kömək lazımdırsa, süni tənəffüs aparatlarına ehtiyac duyarlarsa, indi əlimizdə minlərlə aparatlar var, həmçinin istehsal prosesində olan cihazlarımız var”.

İran tərəfi ABŞ-dan daha əvvəl edilən yardım təkliflərini rədd etdi. Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin sözlərinə görə, Tehran “heç bir Amerika siyasətçisinin məsləhətlərini qəbul etməyəcək”.

Share