ABŞ İranın 9 vətəndaşının və 3 təşkilatının adını qara siyahıya salıb

ABŞ İranın 9 vətəndaşının və 3 təşkilatının adını qara siyahıya salıb

21.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

ABŞ İranın Daxili İşlər naziri Abdulreza Rəhmani Fəzliyə, respublikanın digər səkkiz vətəndaşına ölkənin hüquq-mühafizə orqanları, cəzaçəkmə müəssisələri ilə əlaqəli üç təşkilatına qarşı sanksiyalar tətbiq edib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin yaydığı açıqlamada bildirilir.

Qara siyahıya, həmçinin İranın Hüquq-Mühafizə üzrə Əməkdaşlıq Fondu, Tehranda yerləşən iki həbsxana da salınıb. Sanksiya tətbiq edilən şəxslərin hüquq-mühafizə orqanları və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəsinin olduğu deyilir.

“İdarə insan hüquqlarını pozduğu üçün İranın Daxili İşlər nazirinə qarşı sanksiyalar tətbiq edir. Sanksiyalar yeddi hüquq-mühafizə orqanı nümayəndəsinə və SEPAH-ın regional nümayəndəsinə də tətbiq edilir”, – mətndə belə deyilir.

Bu şəxslərin ABŞ-dakı bütün mülkiyyəti və əmlak maraqları bloklanır. ABŞ vətəndaşlarına onlarla hər hansı əməliyyat keçirmək qadağan olunur. ABŞ Maliyyə Nazirliyi onlarla əlaqə quracaq xarici vətəndaşlara qarşı sanksiyaların tətbiq ediləcəyinə dair xəbərdar edib.

Share