ABŞ ÜST-ün qarşısında götürdüyü öhdəliklərdən yayınmağa çalışır

ABŞ ÜST-ün qarşısında götürdüyü öhdəliklərdən yayınmağa çalışır

19.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

“ABŞ Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qarşısında götürdüyü öhdəliklərdən yayınmağa çalışır”.

APA-nın “Guardian”a istinadən verdiyi xəbərə görə, bunu Çin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Çjao Litszyan deyib. 

O bildirib ki, ABŞ öz səriştəsizliyindən diqqəti yayındırmaq üçün Pekinə qara yaxır.

Ç. Litszyan qeyd edib ki, ÜST-ə maliyyə yardımını vaxtında ödəmək təşkilata üzv olan hər bir ölkənin borcudur.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ÜST-ün baş direktoru Tedros Adanom Gebreisusa məktub ünvanlayıb. D. Tramp 30 gün ərzində beynəlxalq təşkilatda islahatlar aparılmayacağı təqdirdə, ABŞ-ın ÜST-ə üzvlük məsələsinə yenidən baxılacağını və təşkilata müvəqqəti maliyyə dəstəyinin dayandırılmasının daimi olacağını bildirib.

Share