Abşeronda avtomobil piyadanı vuraraq öldürüb

Abşeronda avtomobil piyadanı vuraraq öldürüb

18.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Abşeronda ölümlə nəticələnən yol-nəqliyat hadisəsi baş verib. 

APA-nın məlumatına görə, hadisə Mehdiabad-Pirşağı yolunda qeydə alınıb.

Abşeron sakini Ağarəhim İbrahimovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil yolu keçən 1957-ci il təvəllüdlü Mirvari Məmmədovanı vurub. 

Piyada aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.  Həkimlərin səyinə baxmayaraq, qadın orada ölüb. 

Faktla bağlı araşdırma aparılır.

Share