Abşeronda avtomobil piyadanı vurub – FOTO

Abşeronda avtomobil piyadanı vurub – FOTO

13.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

 

Abşeron rayonunda piyadanı maşın vurub. 

APA xəbər verir ki, hadisə Digah qəsəbəsində baş verib.

1956-ci il təvəllüdlü Məhəmmədrza Hüseynov yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu “Opel” markalı avtomobil vurub. 

Hadisəni törədən sürücü onu 1 saylı şəhər xəstəxanasına yerləşdirib. Həkimlərin verdiyi məlumata görə, M.Hüseynova bədənin sağ tərəfinin çoxsaylı sınığı diaqnozu qoyulub. Onun vəziyyəti orta-ağırdır.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır. 

 

Share