Abşeronda oğul 72 yaşlı atasını döyərək ona ağır xəsarət yetirib

Abşeronda oğul 72 yaşlı atasını döyərək ona ağır xəsarət yetirib

11.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

 

Bakının Xırdalan şəhərində oğul yaşlı atasını döyərək ağır xəsarətlər yetirib.

APA xəbər verir ki, hadisə Heydər Əliyev prospektindəki ünvanda baş verib.

1948-ci il təvəllüdlü Əliyev Səxavət Feyruz oğlu evdə oğlu ilə mübahisə edib. Oğlu onu mübabisə zəminində döyüb. 

Yaralı ağır- kəllə beyin travması və müştərək travma diaqnozu ilə 1 saylı Şəhər Xəstəxanasına yerləşdirilib. 

Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti orta-ağırdır.

Faktla bağll Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

 

Share