Ağ Ev Baydenin Ərdoğanla görüşəcəyini təsdiqlədi

Ağ Ev Baydenin Ərdoğanla görüşəcəyini təsdiqlədi

05.06.2021 Off By admin

ABŞ Prezidenti Cozef Bayden iyunun 14-ü NATO sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Bu barədə Ağ Evin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, tərəflər görüş zamanı ikitərəfli və regional məsələləri müzakirə edəcəklər.

Bildirilir ki, C.Bayden növbəti həftə Böyük Britaniya, Belçika və İsveçrəyə baş tutacaq səfəri çərçivəsində bir sıra dövlət və hökumət başçısı ilə də görüşəcək.

“Hakimiyyet.com”

Share