Ağdamda bir neçə evdən oğurluq edən şəxslər saxlanılıblar

Ağdamda bir neçə evdən oğurluq edən şəxslər saxlanılıblar

27.08.2019

18:42

Bir qrup Ağdam rayon sakini Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək müxtəlif vaxtlarda onlara məxsus evlərdən oğurluq edildiyini bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, məlumatla əlaqədar Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Tərtər rayon sakini Rəhman Səfərov şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalarla R.Səfərovun tanışı Ağdam rayon sakini Seymur Mehdiyevlə qabaqcadan əlbir olaraq rayon ərazisində yerləşən 3 evdən 4110 manat və 100 funt sterlinq pul, 300 manat dəyərində mobil telefon, 1 cüt qızıl sırğa, 1 ədəd qızıl boyunbağı və üzük oğurladıqları müəyyənləşib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email