Ağdamda yol qəzası olub, iki nəfər xəsarət alıb

Ağdamda yol qəzası olub, iki nəfər xəsarət alıb

16.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Ağdam rayonunda yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, qəza rayonun Quzanlı qəsəbəsində qeydə alınıb. 

Ağdam rayon sakini İbrahimov Etibar Zakir oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobillə Ağcabədi rayon sakini Məmmədov Almaz Nəbi oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomobil toqquşub.

Nəticədə A. Məmmədova məxsus avtomobildə olan 1961-ci il təvəllüdlü İsrafilov Cəfər Firudin oğlu və 1960-cı il təvəllüdlü Behbudov Yusif Teymur oğlu müxtəlif bədən xəsarətləri alıblar.

Yaralılar Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Share