Ağdaşda mənzildə yanğın olub, xəsarət alan var

Ağdaşda mənzildə yanğın olub, xəsarət alan var

21.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Ağdaşda mənzildə yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, rayonun Qarağan Sədi kəndində ümumi sahəsi 200 m² olan birmərtəbəli evin mətbəxində həcmi 5 litr olan məişət qaz balonunun başlıq hissəsi yanıb. Yüksək temperaturdan lambirindən ibarət tavan 5 m² sahədə əriyib. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Share