Ağstafada top mərmi aşkar edilib (FOTO)

Ağstafada top mərmi aşkar edilib (FOTO)

19.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

2020-ci il 19 Aprel tarixində saat 10:56-da Dövlət Sərhəd Xidmətindən Agentliyə Ağstafa rayonu, Ağgöl kəndi, Ağgöl gölünün sahilində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Trend-ə verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd praktiki atışlar üçün nəzərdə tutulmuş 100 mm-lik top mərmisi (PBR-412) aşkar olunub və zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin ətrafında 1 000 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Share