Airbus təyyarələrin istehsalını azaldır

Airbus təyyarələrin istehsalını azaldır

09.04.2020 Off By admin

[ad_1]

Bakı. Trend:

Koronavirusun dünyada yayılması ilə bağlı məhdudiyyətlər Avropanın “Airbus” aviasiya-kosmik korporasiyasını sərnişin təyyarələrinin istehsalını üçdə bir azaltmağa məcbur edib.

Trend-in məlumatına görə, şirkət bu barədə öz saytında müvafiq bəyanat yerləşdirib.

“İxtisarlar [İstehsalın] öncəki moronavirus dövrü ilə müqayisədə təxminən üçdə bir təşkil edib”, – bəyanatda bildirilir. Yeni normativlər A320, A330 və A350 növ təyyarələr üçün nəzərdə tutulub və ayda müvafiq olaraq 40, 2 və 6 təşkil edib.




Sənədə əsasən, birinci rübdə Airbus 290 kommersiya təyyarəsi üçün sifarişilər alıb və 122-ni təhvil verib. Rüb ərzində daha 60-ı istehsal olunub, lakin onların alınması sifarışçilər tərəfindən təxirə salınıb.

“Pandemiyanın təsiri görünməmiş. Airbus – da insanların qorunması və koronavirusa qarşı mübarizənin dəstəklənməsi bu zaman bizim əsas prioritetlərimizdir”, – deyə CEO Guillaume Fori bildirib. Bəyanatda həmçinin qeyd edilir ki, indi korporasiya tibbi avadanlığın, o cümlədən üz maskalarının və ağ ciyərlərin süni ventilyasiyası aparatlarının işlənib hazırlanmasını və çatdırılmasını fəal şəkildə dəstəkləyir.

Share