Alkoqolizmlə mübarizədə yeni üsul tapıldı

Alkoqolizmlə mübarizədə yeni üsul tapıldı

21.08.2019

9:33

Britaniya alimləri alkoqolizmin yeni müalicə üsulunu tapdıqlarını açıqlayıblar.

qafqazinfo-ya istinadən xəbər verir ki, britaniyalılar yeni müalicə üsulunu ekstazidən istifadə etməklə həyata keçirib. Eksperimentdə 11 nəfər iştirak edib. Araşdırmaçılar pasiyentlərə 9 ay nəzarət edib. Məlum olub ki, spirtli içkinin mütəmadi istifadəsinə sınaqdan keçirilənlərdən yalnız 1-i qayıdıb. Onlardan 5-i alkoqoldan tam imtina edib, digərləri isə nadir hallarda qəbul edir.

Alimlərin fikrincə, ekstazi asılılıqla mübarizədə digər üsullardan daha effektlidir. Onlar eksperimentdə iştirak edənlərin orqanizmində bunun mənfi təsirini görməyib.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email