Almaniya səfiri Rəsulzadənin doğum gününü təbrik edib

31.01.2020 Off By admin

Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq Məhəmməd Əmin Rəsulzadənin doğum gününü təbrik edib.

APA-nın xəbərinə görə, bu barədə almaniyalı diplomat “Twitter”də bildirib.

“Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə, 136-cı doğum gününüz mübarək!”, – deyə Maniq qeyd edib.

Xatırladaq ki, bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. M. Ə. Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. 

Share