“Amazon” sifarişlərin artmasına görə əlavə 75 min nəfəri işə götürür

“Amazon” sifarişlərin artmasına görə əlavə 75 min nəfəri işə götürür

13.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Dünyanın ən böyük onlayn pərakəndə satış şirkəti olan “Amazon” sifarişləri idarə etmək məqsədilə əlavə 75 min insanı işə götürəcək. İşçilərin bu cür artırılması koronavirus pandemiyası fonunda şirkətə daxil olan sifarişlərin kəskin artımı və pandemiyaya görə pərakəndə mağazaların bağlanması ilə əlaqədardır.

APA-Economics”in şirkətə istinadən verdiyi məlumata görə, “Amazon” həmçinin ABŞ-dakı işçilərinin saatlıq maaşlarını 2 dollar, Kanadada 2 Kanada dolları, Avropada isə 2 avro məbləğində artırmaq qərarına gəlib.

“Müştərilərin tələbatını təmin etmək və mövcud işçilərə ən zəruri məhsullara daxil olan sifarişlərin öhdəsindən gəlməsi üçün 100 min iş yeri əlavə etdik və hazırda daha 75 min işçi əlavə etdik”, – məlumatda deyilir.

Share