AMB depozit hərracında 200 mln. manat vəsait cəlb edib

AMB depozit hərracında 200 mln. manat vəsait cəlb edib

20.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən keçirilmiş depozit hərracının nəticələri açıqlanıb.

AMB-dən “APA-Economics”ə verilən məlumata görə, aprelin 20-də Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilən növbəti depozit hərracında tələb 480,3 mln. manat, hərracın nəticəsində bağlanılan depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,76% təşkil edib.

Nəticədə, hərrac zamanı AMB 200 mln. manat vəsait cəlb edib.

 

Share