AMEA-nın Fiziologiya İnstitutu doktorantura və dissertanturaya qəbul elan edib
15.12.2019Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fiziologiya İnstitutu doktorantura və dissertanturaya qəbul elan edib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, qəbul Nazirlər Kabinetinin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2019-cu il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya Qəbul Planı”na əsasən keçirilir.
Doktoranturaya qəbul fəlsəfə doktoru proqramı üzrə 1 yer (əyani), elmlər doktoru proqramı üzrə 1 yer (qiyabi), dissertanturaya qəbul isə fəlsəfə doktoru proqramı 4 yer, elmlər doktoru proqramı üzrə 1 yerdir.
Sənədlərin qəbulu dekabrın 28-dək davam edəcək.