Amerika dolları ərəb ölkəsini qarışdırdı

19.01.2020 Off By admin

Bir müddət öncə fəallar Parlament qarşısında “hiddət şənbəsi” şüarı altında kütləvi nümayişə çağırıblar. Bu gün müxtəlif şəhərlərdən Livan paytaxtına xeyli etirazçı dəstəsi gəlib
Livanın paytaxtı Beyrutda Parlamentin qarşısında polislə etirazçılar toqquşublar.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, polis gözyaşardıcı qazdan istifadə edib.
Etiraz aksiyasının iştirakçıları polis kordonuna daş və metal çubuqlar atıblar, sonra isə hasarları sökməyə çalışıblar. Polis isə öz növbəsində gözyaşardıcı qaza əl atıb

Share