Amerikalı ekspert: Türk Şurasının dövlət başçıları koronavirusa qarşı davamlı və effektiv əməkdaşlığa nail olmaqda qətiyyət göstərdilər

Amerikalı ekspert: Türk Şurasının dövlət başçıları koronavirusa qarşı davamlı və effektiv əməkdaşlığa nail olmaqda qətiyyət göstərdilər

12.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Türk Şurasının dövlət başçıları koronavirusun yayılması fonunda davamlı və effektiv əməkdaşlığa nail olmaqda qətiyyət göstərdilər.

Bunu Trend-ə amerikalı ekspert, Avropa və Amerikadakı hökumətlər, universitetlər və korporasiyaların beynəlxalq məsələlər üzrə strateji məsləhətçisi Piter Teys deyib.

P.Teys bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 10 aprel 2020-ci ildə təşkil edilən Türk Şurasının Virtual Fövqəladə Zirvəsi Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və digər ölkələrin liderlərini bir araya gətirdi:

“Türk Şurası Zirvə görüşünün gündəliyi iştirak edən bütün ölkələr üçün strateji maraq doğururdu”.

P.Teys qeyd edib ki, Türk Şurası qətiyyətli, dinamik bir fəaliyyət göstərdi və 103 mindən çox insanın həyatını itirdiyi koronavirusun yayılması fonunda sürətli bir şəkildə hərəkət etdi:

Share