Gimnastın möhtəşəm tullanışı hamını heyran etdi
03.12.2019Amerikalı gimnast Simona Baylzın qüllədən suya tullanması ilə bağlı “Instagram” səhifəsində paylaşdığı video böyük maraq doğurub.
Bu barədə Lenta.ru xəbər yayıb.
Bildirilir ki, istirahətdə olan gimnast iki salto həyata keçirib. İstifadəçilər tullanışı “çox heyrətamiz və inanılmaz” adlandırıb. Bəzi istifadəçilər isə ona idman sahəsini dəyişərək, Olimpiadada suya tullanışda iştirak etməyi məsləhət görüblər.
Qeyd edək ki, 22 yaşlı Baylzın hesabında dünya çempionatının 19 medalı var. O, 2016-cı ildə Rio-De-Janeyro Oyunlarında dörd dəfə Olimpia Çempionu olub.