Anadolu Agentliyi Türk Şurasının fövqəladə Zirvə görüşü barədə infoqrafika yayıb

Anadolu Agentliyi Türk Şurasının fövqəladə Zirvə görüşü barədə infoqrafika yayıb

11.04.2020 Off By admin

Türkiyənin Anadolu Agentliyi Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün keçirilməsi ilə bağlı infoqrafika hazırlayıb.

HAKİMİYYET.com   AZƏRTAC-a istinadla xəbər verir ki, infoqrafikada 2009-cu il oktyabrın 3-də Naxçıvan anlaşması ilə təsis olunan Türk Şurasının fövqəladə Zirvəsinin iştirak tərkibi, qəbul olunan qərarlar və sair barədə ətraflı məlumat verilir. Eləcə də, təşkilatın strukturu və türkdilli ölkələrin birləşdiyi digər beynəlxalq təşkilatlar və onların yaranma tarixi barədə mühüm məqamlar oxuculara çatdırılır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin xəritələri və dövlət bayraqları infoqrafikada əksini tapıb.

Elvin İsmayılzadə

Share