Ankarada Astronomiya Mərkəzi yanaraq külə dönüb

Ankarada Astronomiya Mərkəzi yanaraq külə dönüb

04.11.2019

1:08

Ankaranın Mamak rayonunda Əli Quşçu Astronomiya mərkəsində yanğın olub.

APA-nın yerli bürosunun xəbərinə görə, yanğın öncə elmi mərkəzin qülləsində baş verib, sonra bütünlükdə binaya yayılıb.

Astronomiya mərkəzi bazar günü qapalı olması səbəbindən hadisədə ölən və ağır yaralanan olmayıb. Lakin 8 nəfərin tüstüdən zəhərləndiyi bildirilir.

Yanğın zamanı baş verən partlayışlardan yaxınlıqdakı binalar zərər görüb.
Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil, faktla bağlı araşdırma başlanıb.

Qeyd edək ki, 2017-ci ildə Mamak Bələdiyyəsinin layihəsi olaraq istifadəyə verilən mərkəz tək elm adamlarının tədqiqat yeri deyil, səma cismləri ilə maraqlanan hər kəsin ziyarət yeri idi.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email