Ankarada yanğın ağır faciəyə səbəb olub

01.01.2020 Off By admin

Ankaranın Altındağ rayonunda ağır faciə ilə nəticələnən yanğın baş verib. Dördmərtəbəli yaşayış binasının giriş mərtəbəsində baş verən alov sürətlə yayılıb.

AZƏRTAC xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb, 9 nəfər yaralanıb. Yaralılar və tüstüdən zəhərlənən digər şəxslər xəstəxanalara çatdırılıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.

Share